XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 04:47

Tofiq Yaqublu bu gün həbsxanaya qayıdır

tofiq.jpg

Müsavat başqanını müavini Tofiq Yaqublunun qızının vəfatı ilə bağlı bir həftəlik azad olunmasını vaxtı bu gün tamam olur.

Strateq.az bildirir ki, bu barədə onun vəkili Nemət Kərimli bildirib ki, Qızının vaxtsız ölümü ilə bağlı 7 günlüyə azadlığa buraxılan Müsavat başqanının müavini Tofiq Yaqublu bu gün yenidən həbsxanaya qayıdır. Günorta saatlarından sonra vicdan məhbusunun azadlıq müddəti bitir.

“Bu gün günortaya qədər vaxt var. Göründüyü kimi, hələ də o, əfv olunmayıb. çox ümid edirəm. Humanist addım atılacağına çox inanıram”.

Tofiq Yaqublu azadlığa buraxıldığı müddətdə ölkəmizin bir sıra siyasi qurumları, tanınmış ictimai-siyasi xadimlər onun əfv edilməsi üçün ölkə prezidentinə müraciət ediblər. Parlamentin son iclasında bəzi deputatlar da başqan müavininin azad edilməsinin vacibliyini vurğulayıblar.