XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 09:02

Trampın kürəkəni məxfi missiya ilə Ankaraya gəldi –Ərdoğanla iki saatlıq görüşün detalları açıqlanmır

Ağ Evin baş müşaviri Jared Kuşner Səudiyyə kralı və vəliəhdi ilə danışıqlar apardıqdan bir gün sonra Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğanla görüşüb.

Türkiyə prezidentinin administrasiyası fevralın 27-də bildirib ki, ABŞ prezidneti Donald Trampın kürəkəni Kuşnerlə görüşdə habelə Türkiyənin iqtisadiyyat naziri, həm də Ərdoğanın kürəkəni olan Berat Albayrak da iştirak edib.

“Anadolu” dövlət agentliyi Ankarada keçirilmiş görüşün iki saat çəkdiyini bildirib, lakin bundan artıq təfərrüatlar verilməyib. Ağ Ev bildirir ki, Kuşnerin səfəri hələki bəyan edilməmiş Yaxın Şərq sülh təşəbbüsünün tərkibinə daxildir.

Kuşner deyib ki, bu planın xırdalıqlarını, aprelin 9-da keçiriləcək İsrail seçkilərindən sonra açıqlayacaq.

Kuşner fevralın 26-da Səudiyyə Ərəbistanının kralı Salman və qüdrətli vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşmüşdü. Ağ Ev bildirir ki, bu səfərdə Kuşneri ABŞ-ın Yaxın Şərq üzrə səfiri Cason Greenblatt və İran üzrə xüsusi nümayəndə Brian Hook müşayiət edirlər.

Bu, ABŞ-da yaşayan səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlindən sonra hər hansı ABŞ rəsmisinin bin Salmanla ilk üzbəüz görüşü idi. Riyad bu qətldə vəliəhd şahzadənin əlinin olduğuna dair iddiaları rədd edir və bildirir ki, jurnalisti özbaşına hərəkət edən agentlər öldürüblər.

Kuşner habelə Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreyn və Omana səfərlər edəcək. (azadliq.org)