XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

28 Fevral 2019 - 09:30

Beynəlxalq güclər Hindistanı və Pakistanı sakitliyə çağırır –Kəşmirdə vəziyyət hər an nəzarətdən çıxa bilər

Nüvə silahlı Hindistanla Pakistan arasında son illərin ən pis böhranı nəzarətdən çıxa bilər. Birləşmiş Ştatlar, Avropa Birliyi, Çin və Rusiya belə bir ehtimaldan narahatlıqlarını bildiriblər.

Pentaqon fevralın 27-də bildirib ki, müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan gərginliyin azaldılmasına diqqət ayırır, hər iki ölkəni gələcək hərbi əməliyyatlardan çəkinməyə çağırır.

AB-nin xarici siyasət rəhbəri Federika Mogerini deyib ki, Hindistanla Pakistan maksimum təmkin göstərməlidir.
“Bu, hər iki ölkə və daha geniş region üçün ciddi və təhlükəli fəsadlar doğura bilər”, – o deyib. Pakistanın yaxın müttəfiqi olan Çin zorakılığın qızışmasından “dərin narahatlıq” ifadə edib.

Rusiya da sakitliyə çağırıb, vasitəçilik təklif edib.

Son günlər artan gərginlik mübahisəli Kəşmir regionu ətrafında cərəyan edir. Pakistanla Hindistan fevralın 27-də bir-birinin təyyarələrini vurduqlarını deyiblər. İslamabad təyyarəsinin vurulmasını təkzib edib. Bir gün öncə isə Kəşmiri iki yerə bölən təmas xəttində artilleriya atışması olub.

Fevralın 14-də azı 41 hindistanlı əsgərin ölümünə görə məsuliyyəti Pakistanda mənzillənən terror qrupu üzərinə götürüb. Bundan sonra Hindistanın hərbi təyyarələri Pakistanın şimal-şərqində JeM qruplaşmasının təlim düşərgəsinə zərbələr endirib. Hindistan hökuməti zərbələrdə 300 yaraqlıın öldürüldüyünü, Pakistan isə ölən olmadığını bildirir. (azadliq.org)