XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 05:00

Tehrandan ABŞ-a dəstək: İran “Nabukko” layihəsinin bərpa olunmasını təklif edib –XƏBƏR

nabukok.jpg

İranın Bolqarıstandaki səfiri Abdulla Novruzi bu ölkənin baş naziri Boyko Borisov ilə görüşü zamanı “Nabukko” layihəsinin bərpa edilməsi təklifi ilə çixiş edib.

Strateq.az RİA Novosti agentliyinə istinadən bildirir ki, görüşdə Bolqarıstanın baş nazirinin müavini Tomislav Donçev, XİN rəhbəri Daniel Mitov və energetika naziri Temenujka Petkova iştirak ediblər.

Səfir Abdulla Novruzi qeyd edib ki, Tehran Bolqarıstanda qazpaylayıcı mərkəz inşa edərək Avropaya təbii qaz nəqlini həyata keçirmək istəyir.

Bolqarıstan tərəfi hələlik İran səfirinin bu açıqlamasına hər hansı münasibət bildirməyib.