XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Mart 2019 - 12:58

Prezidentin köməkçisi:"Vətəndaşların banklara ödədikləri pullar onların kredit kartı hesablarına köçürüləcək" 

Prezident İlham Əliyev ötən gün imzaladığı, “Fiziki şəxslərin problemli kreditlərinin həll edilməsi ilə əlavə tədbirlər haqqında” fərmana uyğun olaraq, Maliyyə Bazarlarına Nəzarət Palatası, Azərbaycan Mərkəzi Bankı və banklar birlikdə hər bir vətəndaşın yeni qaydada kredit öhdəliyini və yaxud ona ödənilməli olan kompensasiyanın məbləğini hesablayacaq. 

Bu barədə  prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-də çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əldə olunan məlumatlar fərdi qaydada vətəndaşlara çatdırılacaq. Bundan sonra borcluların bir qismi banklara dəvət olunacaq.

“Vətəndaşlar bir halda banka dəvət olunacaq. Əgər onların kredit qalığı qalırsa, daha uzun müddətə və illik 1%-lə yeni kreditlə əvəzlənəcək. Banklara ödəniş etmiş vətəndaşlar isə rahat olsunlar. Onların vəsaitləri kredit kartı hesablarına köçürüləcək. Sərəncamla ayrılan vəsait kredit məbləği 10 min dollar və yaxud 17 min manata qədər olan və ödəniş müddəti 360 günü keçən kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldiləcək. Bu kreditlərin faizləri, dəbbə pulları, cərimələri ilə birlikdə silinəcək”, – N.Əmirov qeyd edib.