XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 09:35

Rusiya və ABŞ-da problemli kreditlər necə həll edilib? –Komitə sədri açıqladı

Problemli kreditlərin qeyri-bank üsulları ilə həll olunduğu hallar praktikada yox dərəcəsindədir.

Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanına münasibətini bildirərkən deyib. O bildirib ki, 2008-ci il ABŞ ipoteka böhranı qlobal böhrana çevrildikdən sonra yüz milyonlarla insanın ipoteka və ya kredit borcları yarandı:

“Amma onların heç birinə heç bir dövlətdə birbaşa dəstək olmadı. Yalnız banklara bəzi güzəştlər etməklə dolayı dəstək halları olub. Məsələn, qonşu Rusiyada bank üsullarından istifadə edildi. Kollektor agentlikləri, borcun satılması və ya qapalı paylı investisiya fondları vasitəsi ilə və s. Keçmiş SSRİ respublikaları içərisində qeyri-bank metodlarından istifadə cəhdləri olub, amma bu da büdcə vəsaiti hesabına olmayıb. Bəzilərinin səcdə etdiyi ABŞ-da ipoteka borcunu verə bilməyənlərin hamısı mənzillərini itirdi. Aİ ölkələrində, xüsusən Yunanıstanda da yalnız bank üsulları ilə həll cəhdləri var. Hazırdı bu ölkədə problemli kreditlər ümumi kredit kütləsinin 44,8 %-ni təşkil edir”.  (Axar.az)