XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

02 Mart 2019 - 11:04

Eldar Əzizov:"Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik, amma indi buna nail olmuşuq"

“Əvvəllər gecələr təhlükəsizliyə təminat verə bilmirdik. Amma Azərbaycan rəhbərliyi təhlükəsizliyə nail oldu. Buna görə sevinməyə dəyər”.

“Report” xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda sosialyönümlü siyasət reallaşır, addım-addım hər şeyə nail olunur: “Mən dünən Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində görüş keçirdim. Orda hamı birmənalı prezidentin siyasətini dəstəkləyir. Dərin düşüncəli adamlar bunu başa düşür. Ölkədə qiymətləri tənzimləmə siyasəti həyata keçirilir. Bu birbaşa prezidentin tapşırığıdır. Gördüyünüz kimi, mütəmadi yarmarkalar təşkil edilir ki, sakinlərdə seçim imkanı olsun. Bu proses davam etdiriləcək”.