XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

01 May 2015 - 05:17

Con Kerrinin köməkçisi Bakıya gəlir: Bakı ilə dialoq bərpa olunur – XƏBƏR

MALINOVSKI.jpg

ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə köməkçisi Tom Malinovski iki həftədən sonra Bakıya gəlməyi planlaşdırır.

Strateq.az bildirir ki, bu barədə Turan İA məlumat yayıb. Səfərdə məqsəd Azərbaycanda insan hüquqları, demokratiya və vətəndaş cəmiyyətinin problemlərilə bağlı rəsmi Bakı ilə dialoqu bərpa etməkdir.

Məlumatlara görə, səfər zamanı həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinə və qərb institutlarına qarşı repressiya dalğası fonunda iki ölkə arasındakı münasibətlərdə yaranmış hazırkı problemlərə də toxunulacaq.

Dövlət katibinin digər köməkçisi Viktoriya Nulandın bu ilin fevlarında Bakıya səfəri zamanı ABŞ və Azərbaycan arasında bu məsələlərə dair dialoqun başlandığı elan edilib.

Vaşinqtondakı mənbələr Malinovskinin səfərinin detallarını açıqlamır. Lakin səfər Azərbaycanda hökumət və hökumətyönlü mətbuatın ABŞ-ı Azərbaycanın imicinə zərər vurmaqda, mövcud hakimiyyəti dəyişməyə can atmaqda ittiham edən materialların dərci fonunda baş tutacaq.

Bundan əlavə, ABŞ dövlət katibi Con Kerri ermənipərəst xadim kimi təqdim olunur.

Dövlət Departamentinin nümayəndəsi Mari Xarf çərşənbə günü bu yazıları “tamamilə əsassız və ədalətsiz” adlandırıb.