XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Mart 2019 - 14:30

“Abxaziyanın müstəqilliyini tanımağa hazır idim…” –Lukaşenko NATO tərəfindən necə hədələndiyini açıqladı

“Mən zamanında Abxaziyanın müstəqilliyini tanımağa hazır idim”.

Bunu jurnalistlərlə görüşü zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Mən Abxaziyanın tanınması haqqında əmr imzalamağa hazır idim. Bəs sabah nə olacaqdı? Mənim yanıma NATO-nun keçmiş baş katibi Xavyer Solana gəldi. Uzun və yaxşı danışığımız oldu. O dedi ki, “əgər siz Abxaziyanın müstəqilliyini tanısanız, ilk olaraq sizin üçün beynəlxalq bank sistemini söndürəcəyik, siz tam təcrid olunacaqsınız. O mənə hər şeyi açıq və aydın dedi” – deyə o, bildirib.

Lukaşenko həmçinin bu məsələni keçmiş Rusiya prezidenti Dmitri Medvedyevlə müzakirə etdiyini və tərəflərin ortaq fikrə gəldiyini deyib/Axar.az.