XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 14:23

Fazil Məmmədovdan yeni təyinatlar –Vergilər Nazirliyində kadr dəyişiklikləri oldu

fazil memmedov

 

Azərbaycan Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

 

Strateq.az report.az-a istinadən xəbər verir ki, Vergilər naziri Fazil Məmmədovun əmri ilə nazirin büdcə proqnozlarının icrası üzrə müşaviri Habil Məmmədov Nazirlik yanında Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

 

Nazirini digər əmri ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Zaur İntiqam oğlu Fətizadə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsindən azad edilərək, Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin olunub.