XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Mart 2019 - 10:32

Prezident İlham Əliyev Venesuelanın yeni səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Venesuela Bolivar Respublikasının, Ruanda Respublikasının və Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl, Ruanda Respublikasının səfiri Vilyams Nkurunziza və Tailand Krallığının səfiri Phantipha İamsudha Ekarohit etimadnamələrini Prezident İlham Əliyevə təqdim etdilər.