XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

04 Mart 2019 - 14:00

Nazir: “Maliyyə Nazirliyində “Qaynar xətt” yaradılacaq” –SƏBƏB

Maliyyə Nazirliyində vətəndaşların problemli kreditlərlə bağlı müraciətlərini cavablandırmaq üçün “Qaynar xətt” yaradılacaq.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

Nazir qeyd edib ki, Maliyyə Nazirliyinin mövcud internet portalında bu məsələ ilə bağlı xüsusi bölmə yaradılıb. Prezidentin Fərmanında ödənişlərlə məşğul olmaq Maliyyə Nazirliyinə tapşırılıb və təşkilatlar qarşısında 45 gün müddət qoyulub. Bu 45 gün müddət başa çatdıqdan sonra nazirliyin sözügedən məsələ ilə bağlı “Qaynar xətt”i yaradılacaq. Vətəndaşlar öz sual və müraciətlərinə bu “Qaynar xətt”ə zəng edərək cavab tapa bilərlər.