XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Mart 2019 - 15:00

Əbülfəs Qarayev:"Onlara heç bir məhdudiyyət qoyulmamışdı"

“Tahir İmanov və “Parni iz Baku” kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik”.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev  keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur.

O qeyd edib ki, onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar: “Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır”.   (Report)