XƏBƏR LENTİ

28 Yanvar 2021

Digər Xəbərlər

05 Mart 2019 - 17:14

Müsavat Partiyasının Bakıda yürüş və mitinq keçirməsinə icazə verilmədi –Meriyadan qərar

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının yürüşlə bağlı müraciətini cavablandırıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və Müsavat Partiyasının martın 10-da, saat 15:00-da Bakının Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsindən keçməklə “Dərnəgül” metrostansiyası yaxınlığında və Yasamal rayonu, Həsən Bəy Zərdabi prospektindən yürüş etməklə İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul”) mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə yürüş təşkilatçıları məlumatlandırılıb.