XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 17:57

Paşinyan Donald Tuskla Qarabağı müzakirə edib –"Ermənilər AB-ə vizasız səyahəti səbirsizliklə gözləyir"

Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa Şurasının Prezidenti Donald Tusk Brüsseldə görüşüblər. Onlar Yerevanla Avropa Birliyinin münasibətlərini, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Brüsseldə keçirilən danışıqlardan sonra Tusk jurnalistlərə deyib ki, AB Ermənistanın demokratiyanın möhkəmləndirilməsi, vətəndaşları üçün daha yaxşı iqtisadi gələcək yaradılmasına doğru yolunu dəstəkləyəcək.

O, tərəflər arasına hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq razılaşmasının hər iki tərəfə real faydalar verməsinə çalışdıqlarını, AB-nin Ermənistan mallarının ən böyük idxalçısı olduğunu vurğulayıb.

Paşinyan deyib ki, o, Tusk ilə Ermənistan vətəndaşları üçün AB-yə vizasız səyahət məsələsini də götür-qoy edib. “Ermənistan vətəndaşları yaxın gələcəkdə Avropa Birliyinə vizasız səyahət etmək imkanını səbirsizliklə gözləyirlər”, – Paşinyan vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, Tusk qeyd edib ki, AB ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli yönündə fəaliyyətini tamamilə dəstəkləyir: “Ermənistan və Azərbaycan liderlərinin son kontaktları məni ürəkləndirib”. AB status kvonun davamlı olmamasına inanır. Münaqişənin hərbi yolla həlli yoxdur və beynəlxalq hüquqa uyğun olaraq siyasi həllini tapmalıdır. Əhalinin sülhə hazırlanması həllə doğru vacib addımdır və biz bunu dəstəkləməyə hazırıq”.

Paşinyan deyib ki, Yerevan AB-nin Dağlıq Qarabağ münaqişəsində davamlı balanslı mövqeyini qiymətləndirir:

“Bu, regionumuzda sülhə və təhlükəsizliyə dəyərli töhfədir. Mən Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin müstəsna olaraq sülh yoluyla həllinə tam sadiq olduğunu bir daha vurğuladım”. (azadliq.org)