XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

05 Mart 2019 - 18:35

Səfir:"Dəhliz təşəbbüsü bütün region üçün sərfəlidir"

“Qara dəniz – Xəzər Dənizi nəqliyyat dəhlizinə dair görüş dörd ölkənin bu müştərək təşəbbüsünü irəli aparmaq iradəsini ortaya qoyub”.

Bunu Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib.

“Martın 4-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya, Türkmənistan xarici işlər nazirlərinin görüşü Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinə dair adıçəkilən dörd ölkənin bu müştərək təşəbbüsünü irəli aparmaq iradəsini ortaya qoyub. Bu təşəbbüs nəticəsində əlaqələrin gücləndirilməsi və fəaliyyətlərin bəlli bir çərçivədə yürüdülməsi sayəsində təkcə dörd iştirakçı ölkə yox, bütün region da əhəmiyyətli mənfəət qazanacaq”, – deyə o qeyd edib.

D.Yanku deyib ki, bu təşəbbüs həm də Azərbaycanın təşəbbüskarı olduğu “Şərq – Qərb” nəqliyyat dəhlizi də daxil olmaqla, müzakirə və icra mərhələsindəki başqa regional layihələrlə də üst-üstə gəlir: “Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının Mərkəzi və Şimali Avropaya qovuşmasınmda mühüm rol oynayan Avropa İttifaqı ilə Əməkdaşlıq Strategiyasının hazırlanmasına Qara dəniz – Xəzər dənizi nəqliyyat dəhlizinin də mühüm töhfə olacağına Rumıniya əmindir”.  (Report)