XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Mart 2019 - 13:30

Vüsal Qasımlı:"Kim 10 min dollardan artıq kredit götürübsə, fərman ona şamil olunmayacaq"

“10 min ABŞ dollara qədər kredit götürənlər bütün kredit götürənlərin 92 faizini əhatə edir. Bu kreditlər insanların minimal ehtiyaclarını ödəmək üçün götürülüb”.

Strateq.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 10 min ABŞ dollarından çox kredit götürənlərə prezidentin fərmanının şamil olunmamasını şərh edərkən deyib.

O bildirib ki, bu məsələlərlə bağlı danışanda dövlətin imkanlarını nəzərə almaq lazımdır, dövlətin imkanları sonsuz deyil: “Əgər şəxs bir neçə bankdan 10 min ABŞ dollarından aşağı kredit götürüb və götürdüyü kreditlərin ümumi məbləği 10 min ABŞ dollarını keçibsə, onlara bu fərman şamil edilmir. Çünki fərmanda bir fiziki şəxs üçün kompensasiyanın ödənilməsi nəzərdə tutulub”.