XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 17:58

MDB İqtisadi Şurasının 81-ci iclası keçiriləcək –Türkmənistanın sədrliyi ilə

Martın 15-də Moskvada MDB İqtisadi Şurasının 81-ci iclası keçiriləcək.

Strateq.az Azərtac-a istinadla bildirir ki, MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, iclasa Türkmənistan sədrlik edəcək.

Gündəliyə informasiya təhlükəsizliyinin təmin edilməsi strategiyası, elektron ticarət sahəsində istehlakçıların hüquqlarının müdafiə edilməsi, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan ölkələrin gömrük orqanlarının intellektual mülkiyyət obyektlərinə olan hüquqların müdafiəsi sahəsində qarşılıqlı fəaliyyəti, azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında daşınan malların gömrük rəsmiləşdirilməsi və onlara gömrük nəzarəti qaydası haqqında Sazişə dəyişikliklər edilməsi kimi məsələlər daxildir.

MDB İqtisadi Şurası çərçivəsində MDB Beynəlxalq İqtisadi Forumunun “MDB: rəqəmsal iqtisadiyyat – inteqrasiya platforması” mövzusunda plenar iclası keçiriləcək.