XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

06 Mart 2019 - 21:23

İran prezidenti Azərbaycan nümayəndə heyətini qəbul etdi –2 nazirimizlə görüş

“İslam Respublikasının hökuməti qonşu, dost və qardaş timsalında Azərbaycan Respublikası ilə əməkdaşlığı genişəndirmək və möhkəmləndirmək istəyir”.

Strateq.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

O, iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirib.

Martın 6-da Qəzvin-Rəşt dəmir yol xəttinin açılışı çərçivəsində Həsən Ruhani Azərbaycan Respulikasının iqtisadiyyat naziri Şahin Mystafayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş əsnasında İran prezidenti bildrib ki, “Tehran və Bakının müxtəlif, o cümlədən hökumətlər səviyyəsində əməkdaşlığı düşüncə üsuludur və ümid ediləndən də yüksək dərəcədədir. Azərbaycan bizim ən dəyərli regional tərəfdaşlarımızdan biridir və Astra-Astara dəmir yol xəttinin inşasının tamamlanması əlaqələrimizi daha da möhkəmləndirəcək”.

Həsən Ruhani nitqinə əlavə edib: “İqtisadi əməkdaşlıq və birgə layihələr ölkələrimizin tarixinə və xalqlarına xidmət edəcək”.

Prezident İran və Azərbaycan arasında nəqliyyat, energetika, avtomobil və əczaçılıq sənayeləri sahəsində əməkdaşlığın geniləndirilməsinin vacibliyini vurğulayıb.

O, Tehran və Bakı arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsinə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarığını bildirib.

Həsən Ruhani birgə işgüzar komissiyanın səyləri nəticəsində layihələrn gerçkləşməsinə ümidvar olduğunu deyib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, həmçinin bildirib ki, Azərbayvan tərəfi Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinə böyü əhəmiyyət verir. Onun açılış mərasimində iki Azərbaycan nazirinin iştirakı da Şimal-Cənub Nəqlyyat Dəhlizinin mühüm hissəsi olan bu dəmiryolu xəttinə rəsmi Bakının marağını əks etdirir və daha sıx münasibətlərin, habelə iki ölkə arasında dostluğun təməlini möhkəmləndirir.

Şahin Mustafayev deyib ki, ölkələr arasında əməkdaşlıq bütün sahələr üzrə inkişaf edir. Nazir nəqliyyat sahəsində əməkdaşlığın Azərbaycan və İran arasında imzalanış müqavilələr çərçivəsində həyata keçirildiyini vurğulayıb.

O əlavə edib k, heç bir maneə Bakı-Tehran münasibətlərinə təsir göstərə bilməyəcək.

Nazir Ş. Mustafayev iki ölkənin özəl sektorunda sərmayə qoyuluşunu dəstəkləməsinin vacibliyini vurğulyıb.

Görüşdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnlogiyalar nziri Ramin Quluzadə və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov da iştirak edib.