XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2019 - 12:45

Gəncə-Naxçıvan reysi bərpa oluna bilər –Vaxt açıqlandı

2019-cu ilin ikinci rübündə Gəncə-Naxçıvan-Gəncə aviareysinin açılması planlaşdırılır.

Strateq.az Trend-ə istinadla bildirir ki,  bu barədə Nazirlər Kabinetinin 2018-ci ilin yekunları ilə bağlı hesabatına istinadən məlumat verir.

Hesabatda qeyd olunur ki, “AZAL” QSC-nin həmin reysi həyata keçirmək üçün texniki imkanları mövcuddur:

“Hazırda bu aviareysin iqtisadi cəlbediciliyini artırmaq və əlavə itkilərin qarşısının alınması üçün işlər aparılır”.

Qeyd edək ki, Gəncə-Naxçıvan reysi dəfələrlə fəaliyyət göstərib və bağlanıb. Uçuşlar həftədə 4 dəfə keçirilib və müddəti 1,5 saata bərabər olub.