XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

07 Mart 2019 - 19:43

Prezident İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərman verdi –Dəyişiklik

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Strateq.az bildirir ki, bununla bağölı verilən fərmana əsasən, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nin 6.2-ci bəndində “466 000 000” sözləri “566 000 000” sözləri ilə əvəz edilib.

Fərmanın icrası aşağıdakı maliyyə mənbələri hesabına təmin ediləcək:

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli fərmanının 1.13.1.2.1-ci yarımbəndinə (Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi üzrə tədbirlər) əsasən dövlət büdcəsindən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsaitin 80 milyon manatı hesabına;

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli fərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.81.1-ci yarımbəndinə (Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi) əsasən müəyyən edilən vəsaitin 20 milyon manatı hesabına.

Maliyyə Nazirliyi və İpoteka və Kredit Zəmanət Fonduna bir ay müddətində fərmanın icrasını təmin etmək tapşırılıb.