XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 March 2019 - 20:47

Vasif Talıbov prorektora yüksək vəzifə verdi –Ali Məclisdə

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 7-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Surə Namidar qızı Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, S.Seyid bundan əvvəl Naxçıvan Dövlət Universitetində kafedra müdiri və prorektor vəzifələrində çalışıb/Report.