XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

08 Mart 2019 - 00:24

BDU-nun Qazax filialının yeni direktoru kimdir? –Tərcümeyi-hal

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialının direktoru vəzifəsinə təyinat olub.

Strateq.az “Report”a istinadən bildirir ki, bu vəzifəyə universitetin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmov təyin olunub.

A.Rüstəmov 1959-cu il sentyabrın 5-də Qazax rayonunun Yuxarı Salahlı kəndində, qulluqçu ailəsində anadan olub. 1985-ci ilin iyun ayından BDU-nun indiki Politologiya və sosiologiya kafedrasında laborant, baş laborant, kabinet müdiri, müəllim, baş müəllim, dosent vəzifələrində işləyib.

2008-2013-cü illərdə universitetin Sosial elmlər və Psixologiya fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb.

2013-cü ildən BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Politologiya və sosiologiya kafedrasının dosentidir.

O, bir kitab, yeddi dərslik, 50-dən çox elmi məqalə, tədris proqramı və metodik işin müəllifidir.

Ailəlidir, iki övladı var.

Qazax filialının sabiq direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev yanvar ayında vəfat edib.