XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 18:08

ABŞ-dan ultimativ xəbərdarlıq- Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

114531

 

ABŞ Maliyyə naziri Ceykob Lyu Rusiyaya qarşı sanksiya təzyiqinin saxlanılmasını vacib sayıb.
 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı nazir bu bəyanatla Şanxayda keçirilən maliyyə sammitində çıxış edib.

 

Onun sözlərinə görə, Kreml Minsk razılaşmasına əməl etməyənə qədər sanksiyalar qüvvədə qalmalıdır. 

 

Almaniyalı həmkarı Volfqanq Şoybla görüşü zamanı C.Lyu Ukrayna və Yunanıstandakı son vəziyyəti müzakirə edib. Nazir bildirib ki, ABŞ Avropanın Rusiyada fiziki şəxslərə qarşı sanksiyaların uzadılması qərarını dəstəkləyir. Söhbət, bu ilin martında başa çatan sanksiyalardan gedir. 

 

Nazirlər Ukraynada korrupsiyaya qarşı mübarizə və islahatların aparılması məsələlərini də müzakirə ediblər.