XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2016 - 18:32

Pentaqondan Moskvaya “göz dağı”- Yeni ballistik raket havaya buraxıldı (VİDEO)

 

1766459

 

Pentaqon Kaliforniyanın Vandenberq aviabazasında qitələrarası ballistik raketi «Minuteman III»ü növbəti dəfə sınaqdan keçirib.

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ müdafiə naziri Robert Uork raketin buraxılmasının Rusiya, Çin və Şimali Koreyaya mesaj olduğunu bildirib:

 

«Bu ona işarədir ki, ehtiyac yaranarsa, ölkəmizi nüvə silahı ilə müdafiə etmək imkanımız var". 

 

Qeyd edək ki, ABŞ üç ayrı ştatda 450 belə raketə sahibdir.