XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Mart 2019 - 12:52

Türkiyənin sabiq baş nazirinin səhhətində problem yaranıb:"Həkimlər görüşə icazə vermir"

Türkiyənin sabiq baş naziri Məsut Yılmazın səhhətində problem yaranıb.

Strateq.az xəbər verir ki, bu barədə o, sosial media hesabından açıqlama yayıb.

Bildirib ki, ağciyərində xərçəng aşkarlanıb: “Fevral ayında müayinədən keçərkən ağciyərimdə xərçəng aşkarlandı. 23 fevralda İstanbulda uğurlu əməliyyat olundum. Hazırda müalicəmlə bağlı insanlarla görüşmələrimə məhdidiyyət qoyulub”.

Sabiq baş nazir qeyd edib ki, hazırda kimya terapiya qəbul edir: “Həm bu, həm də qrip və digər infeksiya səbəblərindən həkimlər insanlarla görüşməyə icazə vermir. Hazırda hər şey normal şəkildə davam edir. Səhhətimlə maraqlanan hər kəsə təçəkkür edirəm”.