XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 19:22

“Gürcüstan şantajla Azərbaycandan istədiyini qopartdı…” –Ekspertdən gürcülərə sərt mesaj

elxan-sahinoglu-esas

 

"Gürcüstan hökuməti faktiki şantaj yoluyla Azərbaycandan istədiyini qopartdı. Son xəbərə görə, Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstana əlavə olaraq 500 milyon kubmetr qaz nəql etməyə hazırdır. Üstəlik, Neft Şirkəti nəql olunan qazın qiymətini aşağı salmağa da razıdır".

 

Strateq.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

 

Onun sözlərinə görə, Azərbaycan gürcülərin bütün istəklərini yerinə yetirib: "Yaxşı, bütün istəklərinizi yerinə yetirdik, onda Siz də zəhmət çəkib, İran qazının Ermənistan üzərindən nəqli mövzusuna son qoyun. Yox, əgər bu qədər güzəştdən sonra da Gürcüstan “İran qazının Ermənistandan üzərindən nəqlini müzakirə edirik” fikri ilə Azərbaycanı şantaj etməkdə davam edərsə, onda strateji tərəfdaşlıqda dərin çat əmələ gələcək".