XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

11 Mart 2019 - 11:35

Müdafiə Nazirliyi:"NATO-nun Kodifikasiya Sisteminə qoşulma ilə bağlı tanışlıq görüşü keçirilib"

Müdafiə Nazirliyində Azərbaycan Respublikasının NATO-nun Kodifikasiya Sisteminə (NKS) qoşulması ilə əlaqədar tanışlıq məqsədli görüş keçirilib.
Strateq.az Nazirliyə istinadla bildirir ki, görüşdə ölkəmizdə səfərdə olan NATO Dəstək Agentliyinin mütəxəssisləri tərəfindən Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələrinə NKS haqqında ətraflı məlumat verilib.
Müdafiə Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin birgə iştirakı ilə keçirilən tədbirlərdə sistemin təqdimatı keçirilib, həmçinin onun faydaları, qoşulma prosedurları və digər məsələlər ətrafında müzakirələr aparılıb.