XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

11 Mart 2019 - 18:29

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:"Daha 1200 nəfərin 1928 vərəsəsinə birdəfəlik ödəmə veriləcək"

Novruz bayramına qədər Azərbaycanın ərazi bütövlüyü və müdafiəsi uğrunda həlak olan və ya itkin düşən daha 1200 nəfərin 1928 vərəsəsinə birdəfəlik ödəmə veriləcək. Bu haqda qərar Komissiyanın növbəti iclasında qəbul edilib.

Strateq.az xəbər verir ki, bu məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb. Məlumatda deyilir ki, beləliklə, ödəmə almış vərəsələrin sayı 7894-ə çatacaq.

Nazirlik artıq müvafiq ödənişin həyata keçirilməsi üçün siyahının aidiyyəti quruma göndərildiyini bildirir.

Dövlət başçısı 2018-ci ilin aprelində 1991-1997-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş həbçilərin vərəsələrinə 11 min manat olmaqla bir dəfəlik ödəniş edilməsi barədə fərman imzalamışdı. Oktybar ayından sənəd qəbuluna başlanmışdı. Amma bu zaman rəsmi qurumlar bir sıra ailələrin bu ödəməni ötən illərdə aldıqlarını iddia etdilər. Həmin ailələr Prezident Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis və başqa rəsmi qurumlar qarşısında etiraz olaraq aksiyalara başladılar.

Dövlət başçısı 2019-cu il yanvarın 28-də fərmana dəyişillik etdi. Bu dəyişikliyə əsasən bu ödəniş 11 min manatdan az sığorta ödənişi almış hərbi qulluqçuların və polislərin vərəsələrinə də aid olundu.

Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulanlanların sayı 12268 nəfərə çatdı.