XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Mart 2019 - 11:14

3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması… –Prezident tapşırıq verdi

“Azərbaycanda son iki ay ərzində inqilabi addımlar atılıb. Bunlar hamısı xaqılın güzəranının yaxşılaşdırılmasına xidmət edir”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

O qeyd edib ki, bura minimum əməkhaqqının, əmək pensiyasının, müavinətlərin, tələbə təqaüdlərinin artırılması kimi mühüm addımlar daxildir: “Bu islahatlar xalq tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev tapşırıq verib ki, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılması məsələsinə baxılsın. Bəzi hallarda bununla bağlı məsələlər mətbuatda fərqli təqdim olunur. Bu, düzgün deyil. Hamı bilməlidir ki, sosial məsələlər dövlətin diqqət mərkəzindədir”.

Report