XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 February 2016 - 21:05

Prezident bu nazir müavinlərinə vəzifə verdi –SİYAHI

prezident-aparati

 

Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə  Azərbaycan Respublikası Prezidenti İlham Əliyev bu gün sərəncam verib.

 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, qurumda Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilib:

 

Nümayəndə heyətinin rəhbəri:

Xələf Xələfov – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Nümayəndə heyətinin üzvləri:

Oruc Zalov – Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sevda Məmmədəliyeva – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Firudin Qurbanov – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Namiq Əsgərov – Azərbaycan Respublikası Baş prokurorunun müavini.