XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 13:41

Ermənistan Prezidenti Dağlıq Qarabağa gəlməkdən imtina edib –Səbəb

Ermənistan Prezidenti Armen Sarkisyan martın 12-də Azərbaycanın işğal altında olan Xankəndi şəhərində keçirilən Ermənistan Təhlükəsizlik Şurasının iclasına qatılmaqdan imtina edib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Prezident Aparatının İctimaiyyətlə əlaqə idarəsindən bildirilib.

Məlumata görə, A.Sarkisyana tədbirdə iştirakla bağlı dəvət martın 11-də gecə saatlarında çatdırılıb: “Ancaq texniki səbəblərə görə Prezident Təhlükəsizlik Şurasının iclasında iştirak etməyəcək”.

Qeyd edək ki, martın 11-də Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan və milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanetsyan Dağlıq Qarabağa gəliblər. Bu gün Xankəndi şəhərində N.Paşinyanın sədrliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Mütəxəssislər A.Sarkisyanın tədbirə gec dəvət edilməsini baş nazirlə prezident arasında inamsızlıqla əlaqələndirirlər.