XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

12 Mart 2019 - 18:12

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə pul ayrıldı –Sərəncam

Bu gün Prezident İlham əliyev Naxçıvanla bağlı iki  sərəncam imzalayıb.

Strateq.az bildirir ki, sərəncama əsasən, şoxmənzilli binaların dam örtüklərinin təmiri məqsədil “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2 206 000 (iki milyon iki yüz altı min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.

***

Prezidentin digər sərəncamı ilə çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 449 000 (dörd yüz qırx doqquz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılıb.