XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 21:27

Prezidentdən daha bir sərəncam:Azərbaycanda daha bir dövlət qurumu yaradıldı

Ilham Eliyev

 

Bu gün Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb.

 

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycannda daha bir dövlət qurumu fəlaiyyət göstərəcək.

 

Belə ki, sərəncamla “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

 

Sərəncamda daha sonra deyilir:

 

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 sentyabr tarixli 1401 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 9, maddə 1043) 3.2.2-ci yarımbəndində “bağlanmasına razılıq verilməsi” sözləri “, eləcə də "müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi” sözləri ilə əvəz olunsun.