XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

26 Fevral 2016 - 22:05

Çeçen əsgərlərlə ruslar arasındakütləvi dava (VİDEO)

1456504926-7847

 

Çeçenistanın hərbi şəhərcik kimi tanınan Borzoy qəsəbəsindəki hərbi hissədə çeçen əsgərlərlə rus hərbiçilər arasında kütləvi dava olub.

 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, insidentə əsgərlərdən birinin söyüş söyməsi səbəb olub.

 

Hadisə şahidinin sözlərinə görə, çeçen əsgərlər əllərində armatur və travmatik tapançalarla yeməkdən qayıdan rus əsgərləri gözləyiblər. Və gələn kimi onlara hücum ediblər. Məlumata görə, insident zamanı 20-yə yaxın əsgər xəsarət alıb. Onların hamısı qol və ayaq sınığı diaqnozu ilə tibb məntəqəsinə yerləşdiriliblər.

 

Əsgərlərdən birinin qarın nahiyəsinə armaturla zərbə endirildiyindən vəziyyətinin ağır olduğu bildirilir. Hərbi hissəyə komissiyanın göndərildiyi, ərazidə giriş-çıxışa qadağa qoyulduğu bildirilir

 

Rusiya Hərbi Prokurorluğu insidenti şərh etməkdən boyun qaçırıb. 


https://www.youtube.com/watch?v=xdeTAEunuUE