XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

13 Mart 2019 - 11:00

Gömrük Komitəsinin jurnalistlər üçün təlimi başlayıb –Açıqlama

Martın 13-də Şəkidə Dövlət Gömrük Komitəsinin “Gömrük islahatları: Şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda jurnalistlər üçün təlimi başlayıb.

Strateq.az Azərtac-a istinadla bildirir ki, Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Mirqasım Vahabov komitədə aparılan islahatların milli iqtisadiyyatın inkişafı istiqamətində görülən tədbirlərdən olduğunu bildirib.

Gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasından bəhs edən M.Vahabov onlar üçün təşkil olunan seminarlardan, təlimlərdən danışıb. Qeyd edib ki, komitədə bəzi əməkdaşların vəzifədən sui-istifadə faktları aşkarlanıb. Son bir ildə 30-dək gömrük əməkdaşına qarşı korrupsiya əməlinə görə tədbirlər görülüb.

Təlimin ilk gün “Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Qərarı”, “Gömrük işinin təşkilində risk meyarı. Risklərin analizi sisteminin tətbiqi və əldə edilən nəticələrlə bağlı təqdimat”, “Yaşıl dəhliz” buraxılış sistemi və ticarətin asanlaşdırılması” mövzuları ilə bağlı təqdimatlar olacaq.

Sonra jurnalistlərin “Mazımçay” gömrük postunda “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə əyani tanışlığı nəzərdə tutulub. Təlim martın 15-dək davam edəcək.