XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Mart 2019 - 12:54

MTRŞ-nın sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb –Aparat rəhbərindən açıqlama

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb.

Bu barədə   MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev məlumat verib.

O bildirib ki, Şuranın sədr müavini Qafar Cəbiyev və Şura üzvü Əlvan Ağayevin səlahiyyət müddəti bu il martın 1-də bitib.

Hər iki şəxs Şura kollektivi ilə vidalaşıb.

MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında yeni sədr müavini seçiləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev  Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Balakişiyev Bəxtiyar Qaraca oğlu və Əliyeva Telli Pənah qızı Şuranın üzvləri təyin olunublar.  (Report)