XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

14 Mart 2019 - 09:53

Müdafiə naziri qoşunlara tapşırıqlar verib –Hərbi manevrlər davam edir
Müdafiə naziri Zakir Həsənov ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olub.
Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, təlimin növbəti mərhələsində qərargahlarda tapşırıqlar aydınlaşdırılıb, vəziyyət qiymətləndirilib, qərarlar qəbul edilib və qoşunlara tapşırıqlar verilib.
Səhra şəraitində ərazidə yaradılmış təlimin komanda idarəetmə məntəqəsində olan general-polkovnik Zakir Həsənov  qoşunların döyüş fəaliyyətinin təşkilini yoxlayıb.
Təlim nöqtələrinə baş çəkən Müdafiə naziri döyüş texnikaları, silah-sursat və şəxsi heyətin təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq çatdırılması, icra olunması ilə bağlı müvafiq göstərişlər verib.