XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2019 - 00:24

Londonda iki şəxs məscidin yaxınlığında müsəlmana hücum edib –VİDEO

Londonun Uaytçepel rayonunda iki şəxs məscidin yaxınlığında müsəlmana hücum edib.

“Report” xəbər verir ki, bu barədə “The Sun” bildirib.

Videogörüntüdə cinayətkarların 27-30 yaşlı şəxsin idarə etdiyi avtomobilə hücümu əks olunur. Cnayətkarlardan biri avtomobilin salonuna daxil olmağa çalışır, digəri avtomobilin kapotunun üstünə çıxmaq istəyir. Kadrlarda həmçinin avtomobilin arxa şüşəsinin sındırıldığı görünür.

Şahidlər bildiriblər ki, çəkiclə silahlanan cinayətkarlar müsəlmanların ünvanına təhqir yağdıraraq, onları terrorçu adlandırıblar.

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.