XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

18 Mart 2019 - 16:55

ABŞ strateji nüvə bombardımançılarını Rusiya sərhədlərinə göndərdi –Britaniyanın Qolsterşir hərbi hava bazası yenilənir

ABŞ Hərbi Hava Qüvvələri B-52H strateji nüvə bombardmançılarının bir eskadrilyasını (6 təyyarə) Luiziana ştatındakı aviabazadan Böyük Britaniyanın Qolsterşir hərbi hava bazasına göndərib.

Bu yerdəyişmə İngiltərədəki Amerika qüvvələrinin yeni taktiki qruplaşmasının yerləşdirilməsi planının bir hissəsidir.

Martın 16-da B-52H strateji bombardmançılarından biri Baltik dənizi rayonunda Rusiya sərhədləri yaxınlığında görünüb. Bildirilir ki, təyyarə Rusiyanın Baltik donanmasının bazasını bombalamağı imitasiya etməklə manevrlər həyata keçirib.

 

Bundan əvvəl Rusiya təhlükəsizlik Şurasının katibinin müavini Mixail Popov bildirmişdi ki, NATO soyuq müharibə dövründə olduğu kimi qoşunların Avropaya transatlantik yerdəyişməsini həyata keçirir. Onun sözlərinə görə, beləliklə alyans Rusiya sərhədləri yaxınlığında öz qoşun qruplaşmalarını gücləndirir.

Boeing” B-52 “Stratofortress”  təyyarələri 1952-1962-ci illərdə cəmi 744 vahid olmaqla istehsal edilib. Bu yaxınlarda ABŞ Hərbi Hava Qüvvələri həmin təyyarələrin modernizasiyasını həyata keçirib. Təyyarələrin yeni silahlarla, o cümlədən hipersəs sürətli silahlarla təchiz ediləcəyi bildirilir.