XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

18 Mart 2019 - 17:14

Ərdoğandan sərt açıqlama:"İstanbul heç vaxt Konstantinopol olmayacaq, bu şəhəri tərk etməyəcəyik"

İstanbul heç vaxt Konstantinopol olmayacaq və türklər heç vaxt bu şəhəri tərk etməyəcəklər.

Strateq.az  Trend-ə istinadla bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni Zelandiyada məscidlərə müsəlmanlara qarşı terror aktını və hadisəni törədənlərdən birinin manifestini şərh edərkən deyib.

Dövlət başçısı bildirib ki, göründüyü kimi, bir sıra dairələrdə hələ də İslama və müsəlmanlara qarşı nifrət, ədavət var.

Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan Yeni Zelandiyada müsəlmanlara hücum edən terrorçunun iki dəfə Türkiyəyə gəldiyini və hazırda onun səfərinin məqsədinin, kimlərlə görüş keçirməsinin dəqiqləşdirildiyini bəyan edib.

Xatırladaq ki, martın 15-də Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.