XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

18 Mart 2019 - 21:54

Avropa İttifaqı Azərbaycan Prezidentinin əfv Sərəncamını alqışlayır:"Gələcəkdə də bu cür addımlar gözləyirik"

Avropa İttifaqı Azərbaycan Prezidenti İlham Əliyevin 431 məhkuma şamil olunan əfv Sərəncamını alqışlayır.

Azərtac xəbər verir ki, bunu Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə sözçüsü Maya Kosyançiç bəyan edib. O, Azərbaycanın dövlət başçısının bu qərarını “tərifəlayiq addım” adlandırıb.

M.Kosyançiç əlavə edib ki, Avropa İttifaqı Azərbaycanla bütün sahələrdə əməkdaşlığı davam etdirəcək. Aİ rəsmisi vurğulayıb ki, Avropa İttifaqı Azərbaycandan beynəlxalq öhdəlikləri çərçivəsində gələcəkdə də bu cür addımlar gözləyir.