XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2019 - 18:00

Paşinyan:"Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır"

Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

N.Paşinyan əlavə edib ki, bir müddət əvvəl Ermənistan sərhədini keçmiş Azərbaycan vətəndaşının təxribatçı olub-olmaması barədə araşdırma aparılır:

“Əgər o, heç kimi öldürməyibsə, biz bu məsələni müzakirə etməyə hazırıq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü Elvin Arif oğlu İbrahimov cari ilin mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyanberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

Aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.  (Trend)