Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib.
“Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır” – deyə Tokayev deyib.
Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.
“Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri – red.) dövlətimizin ən yüksək adlarına – “Xalık Kaharmanı” (Xalq Qəhrəmanı) və “Embek Eri” (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar”, – Tokayev söyləyib.
Tokayev həmçinin Nazarbayevə “fəxri senator” statusunun verilməsini zəruri hesab edir: “Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq”. (Report)