XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Mart 2019 - 15:23

Qazaxıstan parlamenti paytaxtın Nursultan adlandırılmasını dəstəkləyib- Qanun layihəsi səsvermədən keçib

Qazaxıstan parlamenti paytaxt Astananın ölkənin ilk prezidenti Nursultan Nazarbayevin şərəfinə Nursultan adlandırılmasını dəstəkləyib.

ONA-nın “RİA Novosti’ agentliyinə istinadən verdiyi məlumata görə, Konstitusiyaya dəyişikliyi nəzərdə tutan qanun layihəsi iki oxunuşda səsvermədən keçib.

Qeyd edək ki, Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev bu gün Astananın Nursultan adlandırılması təklif ilə çıxış edib.

Qeyd edək ki, Nursultan Nazarbayev dünən prezident postundan istefa verdiyini bəyan edib. Bununla belə, N. Nazarbayev Təhlükəsizlik Şurasının və hakim Nur Otan Partiyasının sədri postunda qalır, Konstitusiya Şurasının üzvü kimi fəaliyyətini davam etdirir.

Konstitusiyaya uyğun olaraq prezident səlahiyyətləri Senatın sədri Kasım-Jomart Tokayevə keçib.