XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 March 2019 - 18:40

İraqda bərə qəzaya uğradı:azı 45 nəfər ölüb

İraqın şimalında Mosul yaxınlığında Dəclə çayı ilə hərəkət edən bərənin qəzaya uğraması nəticəsində azı 45 nəfər ölüb.

Bu barədə “Al-Sumaria” telekanalı məlumat verib.

Məlumata görə, xilasedicilər sudan çoxu qadın və uşaq olmaqla, azı 30 nəfəri xilas edə biliblər. Bərədə ümumilikdə 170 nəfər olub.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.  (Report)