XƏBƏR LENTİ

02 Dekabr 2020

Digər Xəbərlər

23 Mart 2019 - 17:07

Ermənistanda əsgərlər qiyam etdi –Bir neçə zabit istefaya göndərildi
Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.
Bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan “Facebook” səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.
A.Ovannisyan qeyd edib: “Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabitləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar”.
O əlavə edib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.
Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib.  (Trend)