XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 March 2019 - 11:13

Norveç sahillərində qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib- Xəsarət alanlar var+VİDEO

Norveç sahillərində qəzaya uğrayan “Viking Sky” gəmisindən 338 nəfər təxliyə edilib.

“Report” “Verdens Gang”a istinadən xəbər verir ki, hadisə zamanı gəmidə 1373 nəfər olub, onlardan 915-i sərnişi imiş.

Qeyd edilir ki, insanları vertolyotların köməyi ilə təxliyə edirlər. Çünki ərazidəki əlverişsiz hava şəraiti – güclü külək və yırğalanma xilasetmə komandasına qayıqları endirməyə imkan vermir.

Bəzi sərnişinlər hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar yerli xəstəxanalara yerləşdiriliblər.