XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

27 Fevral 2016 - 21:37

Azərbaycan və İran prezidentləriarasında telefon danışığı olub

sefer-2

 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev iranlı həmkarı Həsən Ruhaniyə telefonla zəng edib. 

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir.

 

Telefon danışığı zamanı prezident İlham Əliyev İrana səfəri zamanı ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Həsən Ruhaniyə təşəkkür edib və səfərin nəticələrindən çox məmnun olduğunu bildirib. Qeyd edilib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin yeni səhifəsi açılıb.

 

Danışıq zamanı tərəflər, həmçinin ikitərəfli və regional əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

 

Prezident İlham Əliyev Həsən Ruhanini bir daha Azərbaycana səfərə dəvət edib.