XƏBƏR LENTİ

28 Fevral 2020

Digər Xəbərlər

25 Mart 2019 - 09:59

Donald Tramp:"Ümid edirəm ki, Türkmənistan qaz ixracı imkanlarından istifadə edə biləcək"

Amerika lideri Donald Tramp ümid edir ki, Türkmənistan bu yaxınlarda Xəzər Dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq.

Bu barədə ABŞ prezidentinin Novruz bayramı münasibəti ilə türkmənistanlı həmkarı Qurbanqulı Berdiməhəmmədova ünvanladığı teleqramda deyilir. Sözügedən teleqram ölkə hökumətinin “Neytral Türkmənistan” qəzetində dərc olunub.

“Ümid edirəm ki, Türkmənistan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Qərbə yeni qaz ixracı imkanlarından istifadə edə biləcək”, – deyə teleqramda bildirilir.

Fevralın 20-də məlum olub ki, Avropa İttifaqı Türkmənistana Avropaya qazı Azərbaycan vasitəsi ilə tədarük etməyi təklif edib. Aİ-nin Büdcə və İnsan Resursları Komissiyasının üzvü Günter Ettinger Azərbaycanın mavi yanacaq tranziti üçün infrastruktura malik oldğunu diqqətə çatdırıb.  (Report)